Putinin taktikası AÇIQLANDI
Bizi izləyin

Dünya

Putinin taktikası AÇIQLANDI

“Rusiya prezidenti Vladimir Putinin Donbas strategiyasında müharibə yoxdur. Amma taktika aydındır, bütün Ukraynada stabilliyi pozmaq”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Apostrof” nəşrinə müsahibəsində Rusiya maliyyəçisi və bloggeri Slava Rabinoviç deyib.

“Yəni, sonsuza qədər həyata keçiriləcək plan iqtisadi dəyişikliklər və struktur islahatların keçirilməsinə mane olmaqla Ukraynanın NATO-ya üzvlüyünün qarşısının alınmasına hesablanıb. Putin Ukraynanın siyasi, iqtisadi, hərbi və maliyyə baxımdan uğursuzluğa düçar olmasını istəyir. Ukraynada iqtisadi böhran və siyasi xaosun davamı Rusiya əhalisinə inqilabın pis olduğunu nümayiş etdirmək üçün Putinə lazımdır. Rusiya əhalisinə göstərmək lazımdır ki, inqilab özü ilə qan, xaos, iqtisadi kollaps və əhalinin yoxsullaşmasını gətirir. Yəni, Rusiya əhalisi heç bir halda küçələrə çıxmasın”, - maliyyəçi bildirib.

Onun sözlərinə görə, Donbasda müharibə də bu hədəflərə çatmaq üçün işə salınan metodlardan biri ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm