Krımdan Ukraynanın bütün ərazisi vurulacaq – YENİ RAKETLƏR
Bizi izləyin

Dünya

Krımdan Ukraynanın bütün ərazisi vurulacaq – YENİ RAKETLƏR

Rusiya Krıma ən yeni qanadlı raketlərin olduğu sualtı gəmiləri çatdıraraq Qara dəniz donanmasını aktiv şəkildə yeniləyir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin nümayəndəsi Vadim Skibiski deyib.

Skibiskinin sözlərinə görə, Rusiya Krıma sualtı gəmilərdən başqa, sahil raket kompleksləri və aviasiya sistemləri çatdırır. Ukrayna məmurunun sözlərinə görə, raketlər Ukraynanın bütün ərazisini vurmağa qadirdir.

“Yarımadada 2020-ci ilə qədər hərbi potensialın Sovet İttifaqında olduğu səviyyəyə çatdırılması planlaşdırırlar”, - Skibiski qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm