Separatçı lider 1200 nəfərlik şəxsi mühafizə alayı yaratdı
Bizi izləyin

Dünya

Separatçı lider 1200 nəfərlik şəxsi mühafizə alayı yaratdı

“Donetsk Xalq Respublikası” terror təşkilatının başçısı Aleksandr Zaxarçenko şəxsi mühafizə alayını yaradıb”.

Publika.az xəbər verir ki, bu haqda “Facebook” səhifəsində “İnformasiya müqaviməti” qrupunun rəhbəri, Ukrayna Ali Radasının üzvü Dmitri Tımçuk yazıb.

Onun sözlərinə görə, alay “DXR Milli Təhlükəsizlik Nazirliyi”nin açıqlamasından sonra yaradılıb. Açıqlamaya görə, Ukrayna Təhlükəsizlik Xidməti “DXR” rəhbərliyinin məhv edilməsinə çalışır.

Tımçuk dəqiqləşdirib ki, alayda 1200 nəfər döyüşçü var.

Ukrayna ordusunun istefada olan general-polkovniki, müdafiə nazirinin keçmiş müavini və Baş qərargah rəisi Anatoliy Lopata isə hesab edir ki, Aleksandr Zaxarçenkonun şəxsi mühafizə alayının yaradılması yalnız Ukrayna ilə bağlı deyil.

“Zaxarçenkoda hazırda bir sıra problemlər var. Bu yalnız Ukrayna tərəfi ilə münasibətlərə aid deyil. Onun Rusiya ilə də çox böyük problemləri yaranıb”, - general vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm