Türkiyə Ordusu 1172 terrorçunu məhv edib
Bizi izləyin

Dünya

Türkiyə Ordusu 1172 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri avqust ayından bu günə kimi "İslam dövləti" terror qruplaşmasının (İŞİD) 1172 üzvünü məhv etdiyini bildirib.

Publika.az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, ümumilikdə türk ordusu İŞİD-in 2144 mövqeyinə zərbələr endirib.

Ölən 1172 terrorçudan 807-si Suriyada zərbələr zamanı, 365-i isə İraqın şimalında məhv edilib.

Dünən Türkiyə Silahlı Qüvvələrinin İŞİD-in Suriyadakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 20 terrorçu məhv edilib. Zərbələr Türkiyənin Kilis vilayətinin hücuma məruz qalmasından sonra cavab olaraq endirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm