Əsədə ağır zərbə - strateji məntəqə itirildi
Bizi izləyin

Dünya

Əsədə ağır zərbə - strateji məntəqə itirildi

Suriyanın hökumət gücləri müxalifətlə qarşıdurmada strateji məntəqəni itirib.

Publika.azxarici mediaya istinadən xəbər verir ki, Han Tuman qəsəbəsi tamamilə “Fəth Ordusu”nun əlinə keçib.

Yerli mənbələrin verdiyi məlumata görə, Han Tuman əməliyyatında “Fəth Ordusu”na “Cund'ul Aksa” qruplaşması dəstək verib.

Qeyd edək ki, Han Tuman Hələb-Dəməşq yolu üzərində yerləşdiyi üçün strateji əhəmiyyət daşıyır. Rejimin qəsəbəni itirməsi hökumət güclərinin Hələbin cənubunda zəifləməsinə gətirib çıxaracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm