Qarabağda yaralanan erməni mer İrəvana köçürüldü
Bizi izləyin

Dünya

Qarabağda yaralanan erməni mer İrəvana köçürüldü

Vanadzorun keçmiş meri, aprelin əvvəllərində Qarabağda könüllü döyüşməyə gələn və ayağını itirən Andranik Harutünyan Xankəndi xəstəxanasından İrəvan hospitalına köçürülüb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, onun vəziyyəti hazırda orta-ağırdır.

Xatırladaq ki, 61 yaşlı Andranik Harutünyan Dağlıq Qarabağın “Yeğnikner” adlı hərbi hissəsində, ön mövqelərin birində döyüşə qatılan zaman yaralanıb. O, özü ilə birgə könüllü savaşmaq üçün gələn yoldaşı ilə birgə minaya düşüb və ayağını itirib.

Qeyd edək ki, Dördgünlük müharibə zamanı sarsıdıcı zərbə alan və böyük itki verən ermənilər əsgər çatışmazlığı səbəbindən qoca və qadınları cəbhəyə cəlb etmişdilər. Onların bəziləri cəbhəyə gəlib çatmamış, elə yolda ikən zərərsizləşdirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm