Türkiyə Baş nazirinin kimliyi dəqiqləşib
Bizi izləyin

Dünya

Türkiyə Baş nazirinin kimliyi dəqiqləşib

Əhməd Davudoğlu istefa verəndən sonra Türkiyənin yeni Baş nazirinin kim olacağı dəqiqləşib.

Publika.az xəbər verir ki, Türkiyə mediası AKP-nin yeni sədri və Baş nazir olacaq şəxsin prezident Rəcəb Tayyip Ərdoğanın beynində dəqiqləşdiyini yazıb. Bu haqda Ankara kulislərində ciddi müzakirələrin getdiyi deyilir. Lakin Ərdoğan tərəfindən önə sürülən baş nazirliyə namizədin kimliyi hələlik açıqlanmır.

Kulislərdəki söhbətlərə görə, Ərdoğan müzakirələr apardıqdan sonra, həmin şəxsin adı açıqlanacaq.

Qeyd edək ki, Davudoğlunu əvəzləyəcək namizədlərin əvvəlcə 5 olduğu xəbəri yayılmışdı. Bunlar dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bekir Bozdağ, Ərdoğanın kürəkəni olan enerji və təbii qaynaqlar naziri Berat Albayrak, səhiyyə naziri Mehmet Müezzinoğlu və Baş nazir müavini Numan Kurtulmuşdur. Lakin Mehmet Müezzinoğlu ilə Numan Kurtulmuşun geri çəkildiyi dəqiqləşib. İndi Baş nazir postuna namizəd kimi üç şəxsin adı çəkilir. Yeni Baş nazir mayın 22-də keçiriləcək AKP qurultayında seçiləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm