Ukrayna prezidentindən çağırış: “Sanksiyaları gücləndirin”
Bizi izləyin

Dünya

Ukrayna prezidentindən çağırış: “Sanksiyaları gücləndirin”

Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqı ölkələrini Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.

Publika.az xəbər verir ki, dövlət başçısı effektiv sanksiyaları gücləndirməyə tərəddüd edən ölkələrin qərarlarını dəyişəcəklərini, tezliklə sanksiyaları gücləndirmək haqqında düşünəcəklərini deyib.

Qeyd edək ki, bir sıra Qərb dövlətlərinin Avropa İttifaqının iyunda keçiriləcək sammitində Rusiyaya qarşı sanksiyaları aradan qaldırmaq barədə təşəbbüslə çıxış edəcəkləri bildirilir.

"Vaxtaşırı bəzi Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaların səmərəsizliyi haqda bəyanatlarını eşidirik. Əgər sanksiyalar kiməsə effektsiz görünürsə, onları aradan qaldırmaq yox, əksinə, sanksiyaları davam etdirmək və gücləndirmək lazımdır!" – deyə Ukrayna rəhbəri bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm