Rusiya ABŞ-ın Qara dənizdən çıxmasını tələb etdi
Bizi izləyin

Dünya

Rusiya ABŞ-ın Qara dənizdən çıxmasını tələb etdi

Rusiya ABŞ-ın Qara dənizdən çıxmasını tələb etdi

Rusiya ABŞ-ı hərbi gəmilərin Qara dənizdə mövcudluq müddəti ilə bağlı Montrö Boğazlar Razılaşmasında əks olunan müddəalara riayət etməyə çağırıb.

Publika.Az – ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın xarici işlər naziri Erlan İdrisovla görüşdən sonra keçirilən mətbuat konfransında son zamanlar ABŞ hərbi gəmilərin Qara dənizində qalma müddətinin iki dəfə uzadıldığını bildirib.

Rusiyalı nazir Qara dənizi sahilində yerləşməyən dövlətlərin hərbi gəmilərin tonnajı və burada qalma müddətinin Montrö Boğazlar Razılaşması ilə məhdudlaşdırıldığını xatırladıb.

Rusiyanin narahatlığına səbəb ABŞ-ın Rumınıya təyyarə bazasında hərbçilərinin sayının 1,5 minə qədər artırılması barədə qərar verməsidrir. “Biz ABŞ tərəfinin diqqətini çatdırmaq istəyirik ki, əlbəttə, Türkiyə boğazların sahibidir. Amma Türkiyə razılaşmanın bütün müddəalarına ciddi şəkildə riayət etməyə məcburdur. Prosesi diqqətlə izləyəcəyik”, - S.Lavrov söyləyib.

Qeyd edək ki, martın 7-sində İstanbul boğazını keçərək Qara dənizə daxil olan “USS Truxtun” adlı ABŞ hərbi gəmisi 23 Mart tarixində buranı tərk etmişdi. Bu günlərdə hərbi gəmi yenidən Qara dənizə qayıdaraq Bolqarıstan və Rumıniyanın limanlarına yan alıb.

Bundan başqa gəmi heyəti hər iki bu ölkənin hərbçiləri ilə birgə təlimlər keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm