Yol polisinin bölməsi partladıldı - 3 ölü
Bizi izləyin

Dünya

Yol polisinin bölməsi partladıldı - 3 ölü

Somalidə terror aktı törədilib.

Publika.az xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli dövlət strukturlarına istinadən məlumat yayıb.1

Xəbərdə bildirilir ki, hadisə paytaxt Moqadişonun Şanqan rayonunun yol polisi bölməsinin yaxınlığında baş verib. Minik avtomobilində quraşdırılmış bombanın işə düşməsi nəticəsində ən azı 3 nəfər ölüb.

Agentliyin məlumatında bildirilir ki, partlayış zamanı daha bir neçə nəfər yaralanıb. Yerli qurumlar hadisənin terror aktı olduğunu bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm