Paytaxta üç tərəfdən hücum başlayacaq
Bizi izləyin

Dünya

Paytaxta üç tərəfdən hücum başlayacaq

Demokratik Suriya Gücləri (SDG) İŞİD terror təşkilatının paytaxtı elan etdiyi Suriyanın Rakka şəhərinin azad edilməsi üçün hərəkətə keçir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, SDG-nin sözçüsü Kobani Tackır şəhərə üç istiqamətdən hücum edəcəklərini deyib.

Rakkanın şimalında yerləşən və YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı hesab olunur) əlində olan Kobaniyə hazırda ağır silahlar və döyüşçülər toplanır.

“Tışrin anbarı, Tılsemar və Haseke tərəfindən eyni vaxtda hücuma başlayacağıq. ABŞ və koalisiya qüvvələri də havadan əməliyyatlara dəstək verəcək”, - o, bildirib.

Qeyd edək ki, Suriyada kənd təsərrüfatı sahəsinin lideri olan Rakka 2014-cü ilin yanvar ayından İŞİD-in əlindədir. Rakkanın Qapalı və Tabka mahalları da İŞİD-in nəzarətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm