Keçmiş nazir: “Ərdoğanın devrilməsi və Türkiyənin bölünməsi...”
Bizi izləyin

Dünya

Keçmiş nazir: “Ərdoğanın devrilməsi və Türkiyənin bölünməsi...”

“Amerika layihəsi ilə Rəcəb Tayyib Ərdoğandan sonra gələcək iqtidar Türkiyənin bölünməsinə imza atacaq iqtidardır”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ən sərt müxaliflərindən biri, keçmiş əmək və sosial müdafiə naziri əmək naziri Yaşar Okuyan deyib.

O, ABŞ-ın Ərdoğanı devirmək istədiyini söyləyib.

“Ərdoğanı devirməyə çalışırlar. Amerikanın layihəsi ilə Ərdoğan devrilsə, Türkiyə daha 30 il Amerikanın qucağından qalxa bilməz. Amerika layihəsi ilə Rəcəb Tayyib Ərdoğandan sonra gələcək iqtidar Türkiyənin bölünməsinə imza atacaq iqtidardır. Mənin dərdim Ərdoğan deyil, Türkiyədir”, - keçmiş nazir vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm