“Biz yeni müharibə və ölüm zonasında qalacağıq!” - PROQNOZ
Bizi izləyin

Dünya

“Biz yeni müharibə və ölüm zonasında qalacağıq!” - PROQNOZ

“İndiki Rusiya hakimiyyəti Ukraynaya qarşı təxribatları dayandırmaq niyyətində deyil”.

Publika.az xəbər verir ki, bu haqda “NewsRu.ua” saytında jurnalist Vitali Portnikov yazıb.

“Putin administrasiyasının Ukraynanın regionlarına benzin tökmək cəhdi heç yerə yox olmayıb və yox olmayacaq. Rusiya Ukraynada vəziyyəti gərginləşdirməyə çalışacaq. Hətta öz vətəndaşların əmin-amanlığının pozulması hesabına olsa belə. Nə qədər ki, özümüzü Putin Rusiyasının yanında sakit şəkildə yaşaya biləcəyimizə inandıracağıq, biz yeni müharibə, dağıntılar və ölüm zonasında qalacağıq”, - o, vurğulayıb.

Portnikov tələb edir ki, ukraynalılara mümkün qeyri-stabilliyin sabahkı günün reallığı olduğu izah edilsin.

“Ukraynada rusiyayönlü siyasətçilər, rusiyayönlü telekanallar, rusiyayönlü radiostansiyalar və qəzetlər nə edir? İnandırırlar ki, sadəcə işğalçını və onun köməkçilərini “eşitmək” lazımdır və sülh özü-özünə gələcək. Bütün bu fraksiyalar, partiyalar, jurnalist kollektivləri və vətəndaşlar düşmənin köməkçiləridir. İnanın, gec-tez bütün bu insanlar Ukraynanı satacaqlar və biz yanğın yerində qalacağıq”, - jurnalist qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm