Yetmiş yaşında ana oldu
Bizi izləyin

Dünya

Yetmiş yaşında ana oldu

Hindistanın 70 yaşlı sakini ilk dəfə ana olub.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Bangkok Post” qəzeti yazıb.

Daljinder Kaur bildirib ki, özünü analıq üçün çox da yaşlı hesab etmir. Oğlan uşağı aprelin 19-da dünyaya gəlib, lakin media hadisədən yalnız indi xəbər tutub.

O, süni mayalanma nəticəsində hamilə ola bilib. 46 ildir evli olan qadının təbii yolla övladı olmayıb. Nəhayət o və 79 yaşlı əri ailə planlaşdırılması mərkəzinə müraciət etməyə qərar veriblər.

Qəzet qeyd edir ki, bu artıq Hindistanda ilk analoji hadisə deyil. 2008-ci ildə Uttar-Pradeş ştatında 72 yaşlı qadın ilk dəfə ana olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm