Radikallar Ali Radada tribunanı mühasirəyə aldılar
Bizi izləyin

Dünya

Radikallar Ali Radada tribunanı mühasirəyə aldılar

Ukraynanın Radikal Partiyasının deputatları Ali Radanın tribunasını mühasirəyə alıblar.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, Oleq Lyaşkonun rəhbərlik etdiyi fraksiyanın üzvləri “Panama sənədləri”nin araşdırılması ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılmasını tələb edib.

“Tələbimiz yerinə yetirilənə kimi parlamentin işini bloklayacağıq”, - Lyaşko bildirib.

Ancaq Ali Radanın spikeri Andrey Parubiy yarımsaatlıq fasilədən sonra plenar iclasın işini bərpa edib.

Qeyd edək ki, “Panama sənədləri” adlı hesabatda dünya liderləri və yüzlərlə tanınmış şəxsin adı hallanır. Onlar Panamadakı ofşor şirkətlərin köməyi ilə vergidən yayınmaqda və çirkli pulların yuyulması əməliyyatlarında iştirakda ittiham olunurlar. Sənədlərdə Ukrayna prezidenti Pyotr Poroşenko da daxil olmaqda bir sıra ukraynalı məmur və biznesmenlərin adları çəkilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm