Kılıçdaroğludan Ərdoğana: “Bunu qan tökmədən edə bilməzsiniz”
Bizi izləyin

Dünya

Kılıçdaroğludan Ərdoğana: “Bunu qan tökmədən edə bilməzsiniz”

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğanın qurmaq istədiyi prezident idarə sistemini tənqid edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP sədri qan tökmədən belə bir sistemin qurulmasının mümkün olmadığını deyib.

“Necə bir prezidentlik sistemi? Bir adam danışacaq, Türkiyə susacaq. Bir adam danışacaq, millət vəkillərinin siyahıları hazırlanacaq. Bir adam danışacaq, istədiyi adam həbs olunacaq. Belə bir prezidentlik sistemini qan tökmədən bu ölkədə qura bilməzsiniz. Açıq və dəqiqdir”, - Kamal Kılıçdaroğlu bildirib.

2002-ci ildə Türkiyənin yeganə probleminin iqtisadiyyat olduğunu deyən Kılıçdaroğlu 14 il sonra 5 təməl problemin olduğunu söyləyib. Partiya liderinin sözlərinə görə, bunlar iqtisadiyyat, demokratiya, xarici siyasət, təhsil və sosial barışdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm