Ermənistan parlamentində məxfi Qarabağ iclasının detalları – SƏS YAZISI
Bizi izləyin

Dünya

Ermənistan parlamentində məxfi Qarabağ iclasının detalları – SƏS YAZISI

Ermənistan parlamentində müdafiə naziri Seyran Ohanyanın iştirakı ilə keçirilən Dağlıq Qarabağdakı vəziyyətə həsr olunmuş qapalı iclasın bəzi detalları ortaya çıxıb.

Publika.az xəbər verir ki, Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin əldə etdiyi məlumata görə, qapalı iclasdakı müzakirələr erməniləri ciddi təşvişə səbəb olub.

Məlumatda deyilir ki, Ermənistan parlamentində Dağlıq Qarabağda yaranmış vəziyyətə dair müdafiə naziri Seyran Ohanyanın da iştirak etdiyi qapalı iclas ətrafında qalmaqal yaranıb. Belə ki, parlament nüməyəndələrindən biri qapalı iclasın əsasən Seyran Ohanyanla bağlı olan səs yazısını KİV-ə ötürüb.

Səs yazısında deputatların S. Ohanyana sualları və suallara verilən cavablar erməni ictimaiyyətinin təşvişinə səbəb olub. İclasda deputatlardan Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan Ohanyana müraciət edərək, Dağlıq Qarabağda baş verən itkilərin həddindən artıq olmasını, silah və texnikanın çatışmamasının səbəbini soruşub. Ohanyan cavabında bunun maddi və mənəvi tərəflərinin olduğunu bildirərək sualdan yayınmağa çalışıb. Digər bir deputat Zaruhi Postancyan orduya gənclərin cəlb olunmasına narazılığını bildirib, belə davam edərsə, erməni millətinin kökünün kəsilməməsi üçün gənclərdən mayalanma nümunələri götürülməli olacağını rişxəndlə deyib. Həmçinin iclasda orduya ayrılan pulların mənimsənilməsi hallarına toxunulub. Şəxsən S. Ohanyana ailəsinə mənsub “Mersedes” avtomobillərini və müxtəlif tibb avadanlıqlarını ölkəyə gətirən “Avanqard” şirkəti barədə suallar verilib. Hansı ki, bu şirkətin ölkəyə gətirdiyi məhsulları dəyərindən dəfələrlə baha qiymətə Müdafiə Nazirliyinə satması barədə xəbərlər yayılmışdı. Bundan başqa iclasda Dağlıq Qarabağda hazırki vəziyyət, son dövrlər Ermənistanın imicinin zədələnməsi və dəstəkçi dövlətlərin Qarabağ məsələsində səssiz qalması narahatlıq yaradan məsələlər sırasında qeyd olunub. İclas Dağlıq Qarabağla bağlı vəziyyət Ermənistanın əleyhinə dəyişərsə hansı addımların atılacağı barədə fikir ayrılığı ilə sona çatıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm