Hökumət zorlanan qadının ölməsinə icazə verdi
Bizi izləyin

Dünya

Hökumət zorlanan qadının ölməsinə icazə verdi

Niderland hakimiyyəti seksual zorakılığın qurbanına könüllü şəkildə dünyasını dəyişməyə icazə verib.

Publika.az xəbər verir ki, bu haqda “The Independent” nəşri yazıb.

Qadının yaşı 20-dən çox idi. O, uşaq yaşında, 5-15 yaşlarında seksual zorakılığa məruz qalıb. Qadın anoreksiya və xroniki depressiyadan əziyyət çəkirdi. Həkimlər onun vəziyyətində 2014-cü ildə bəzi müsbət dəyişikliklər qeydə alsalar da, vəziyyət bir sonra pisləşib.

Müstəqil ekspertlər bildiriblər ki, onun sağalması qeyri-mümkün görünürdü. Bundan sonra adı açıqlanmayan qadının evtanaziya haqqında ərizəsi qəbul edilib.

Həkimlərin sözlərinə görə, evtanaziya haqqında ərizəni verən vaxtı pasiyentin ağlı tamamilə başında idi. Yəni, fiziki və mənəvi əzablara baxmayaraq, o, öz taleyini müəyyən etmək vəziyyətində idi.

Qeyd edək ki, evtanaziyaya İsveçrə, Lüksemburq, Yaponiya, CAR, həmçinin ABŞ-ın Oreqon, Vermont və Vaşinqton ştatlarında icazə verilib. Niderlandda 12 yaşdan yuxarı uşaqların evtanaziyasını həyata keçirmək olar. 2014-cü ilin martında Belçikada yaş məhdudiyyəti olmadan pasiyentlərin həyatdan könüllü gedişi leqallaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm