Prezident gedir: Senat da impiçmentini dəstəklədi...
Bizi izləyin

Dünya

Prezident gedir: Senat da impiçmentini dəstəklədi...

Braziliya Konqresinin Senatı prezident Dilma Russeffin impiçmenti üçün səs verib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, 81 yerlik Senatın 41 üzvü impiçmenti dəstəkləyib.

Daha əvvəl bildirilirdi ki, Russeff impiçment üzrə səsvermənin nəticələrini gözləmədən əşyalarını prezident sarayından çıxarır. Məlumata görə, prezident impiçmenti ilə bağlı nitqini də əvvəlcədən hazırlayıb.

Xatırladaq ki, Braziliya Konqresinin Nümayəndələr Palatası prezidentin impiçmenti üçün aprelin 17-də səs verib. Nümayəndələr Palatasının üzvlərinin üçdə ikisi - 342 deputat impiçmenti dəstəkləyib.

Müxalifət Dilma Russeffi vergi pozuntularına yol verməkdə və seçkiqabağı kampaniya zamanı büdcə vasitələrini xərcləməkdə ittiham edir.

Dilma Russeff özü bütün irəli sürülən ittihamları rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm