Sarkisyanla Köçəryan sülh bağlayıb?
Bizi izləyin

Dünya

Sarkisyanla Köçəryan sülh bağlayıb?

Ermənistan XİN-in keçmiş başçısı Vardan Oskanyanın Birlik Partiyası hökumət əleyhinə mitinqlər keçirməyəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Jamanak" qəzeti yayıb. Qəzet partiyanın 2017-ci ildən tez heç bir məmurun istefasını tələb etməyəcəyini də deyib.

Qeyd edək ki, Oskanyan eks-prezident Robert Köçəryanın əsas adamlarından hesab edilir. Bəzi ekspertlər Köçəryanın məhz bunun vasitəsilə öz siyasi ambisiyalarını reallaşdırmağı hədəflədiyini bildirirlər.

Köçəryanın artıq siyasətə qayıtdığı göz önündədir. "Dördgünlük müharibə"yə qədər, əsasən, Moskvada biznesini idarə edən Köçəryan aprelin əvvəllərindən İrəvana qayıdıb. Evinə bomba atılması ilə piarına başlayan eks-prezident ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gələrək, separatçıların lideri Bako Saakyanla görüşüb.

Partiya yaratmazdan əvvəl Sərkisyana qarşı çox sərt çıxışlar edən Oskanyan isə hazırda gözləmə mövqeyinə keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm