Kılıçdaroğlunun “qan” söhbətinə cavab: “Qan ticarətini istəyənlər...”
Bizi izləyin

Dünya

Kılıçdaroğlunun “qan” söhbətinə cavab: “Qan ticarətini istəyənlər...”

“Qan tökmək diktatorlar və zalımların işidir. Ana müxalifətdəki şəxsin bunlardan hansına aid olduğunu müəyyən etməyi millətimin ixtiyarına buraxıram”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğluna cavab olaraq bildirib.

“Qan ticarətini istəyənlər boşuna həvəslənməsin. Qızıl Ayparadan başqa heç bir yerə qan vermərik”, - prezident deyib.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu dünən Rəcəb Tayyib Ərdoğanın qurmaq istədiyi prezident idarə sistemini tənqid edib. CHP sədri qan tökmədən belə bir sistemin qurulmasının mümkün olmadığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm