İŞİD-də “yerli-gəlmə” münaqişəsini bu struktur həll edəcək
Bizi izləyin

Dünya

İŞİD-də “yerli-gəlmə” münaqişəsini bu struktur həll edəcək

“İslam dövləti" (İŞİD) xarici döyüşçülərlə münasibətlərə cavab verən yeni struktur yaradılıb.

Publika.az xəbər verir ki, bu haqda “The Independent” nəşri bildirib.

Nəşrin yazdığına görə, yeni struktur Niderlanddan olan muzdlularla yerli döyüşçülərin münaqişəsindən sonra yaradılıb. Silahlı münaqişə zamanı hər iki tərəfdən döyüşçülər həyatını itirib. Hadisədən sonra 70 hollandiyalı döyüşçü həbs edilib. Onlardan səkkizi İŞİD-ə qarşı qiyama təhrikçilikdə ittiham edilərək edam olunub.

Qeyd olunur ki, struktur Avropa və ərəb ölkələrindən olan muzdlular arasında yaranan fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaq. Nəşrin mənbəyi bildirib ki, Avropadan gələn xarici muzdlular ərəb döyüşçülərlə müqayisədə maaşın azlığından və onların ən təhlükəli döyüş cəbhələrinə göndərilməsindən şikayət edirlər. Nəticə olaraq onlar edam təhlükəsinə baxmayaraq, fərarilik etməyə çalışırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm