Dünya
Sabiq prezident: Torpaqları hərbi yolla qaytarmaq Azərbaycanın haqqıdır
"Bu bir faktdır ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub və qaytarılmalıdır".
Bunu APA-ya açıqlamasında Estoniyanın sabiq prezidenti Arnold Rüütel bildirib.
O qeyd edib ki, vasitəçi Minsk Qrupu mümkün qədər sülh yolu ilə məsələni həll etməli və tərəflər danışıqlar vasitəsilə münaqişəni nizamlamalıdırlar: "Amma, əgər Azərbaycan görsə ki, sülh yolu ilə məsələ həll olunmur və başqa çarə qalmır, o zaman hərbi yolla torpaqlarını geri qaytarmağa haqqı çatır".
Keçmiş prezident bildirib ki, ermənilər son vaxtlar Dağlıq Qarabağı Avropada “müstəqil dövlət” kimi tanıtmağa cəhdlər edirlər: "Amma bu uğursuz cəhddir. Əvvəla, azərbaycanlıların haqlı təbliğatı sayəsində artıq insanlar həqiqətdən xəbərdardırlar. Digər tərəfdən isə regionda, xüsusilə də digər dövlətin ərazisində ermənilərin ikinci dövlət qurmaq cəhdi heç bir normaya uyğun gəlmir və düzgün deyil".
A.Rüütel onu da qeyd edib ki, son zamanlar azərbaycanlıların Estoniyada fəallığı digər Qafqaz xalqlarının, xüsusilə də, erməni icmasını üstələyib: "Məhz bunun sayəsindədir ki, Estoniya siyasətçiləri artıq Cənubi Qafqazdakı münaqişəyə Azərbaycanın ərazi bütövlüyü prizmasından baxırlar və Avropa Birliyində də mövqeləri budur".
Qeyd edək ki, “APA Holding”in Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsi ilə birgə reallaşdırdığı “Sərhəddənkənar azərbaycanlılar…” adlı layihə çərçivəsində Şimali Avropa ölkələrində görüşlər keçirilir.
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir