Putin AÇIQLADI: “Bütün təkliflərimizi rədd ediblər”
Bizi izləyin

Dünya

Putin AÇIQLADI: “Bütün təkliflərimizi rədd ediblər”

Rusiya prezidenti Vladimir Putin NATO-nun Ruminıyada havadan müdafiə sistemlərini yerləşdirməsini şərh edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin sistemin müdafiə xarakteri daşımadığını bildirib.

Kreml liderinin sözlərinə görə, sistem ABŞ-ın nüvə potensialının bir hissəsidir. Putin qeyd edib ki, Moskva Rusiya barəsində yaranan təhdidin aradan qaldırılmasını düşünməyə məcbur olacaq.

“Biz amerikalı partnyorlarımıza əməkdaşlıq və birgə iş təklif edirdik. Bütün təkliflər faktiki olaraq rədd edilib”, - Rusiya lideri vurğulayıb.

Qeyd edək ki, NATO Ruminıyada yerləşdirdiyi havadan müdafiə sistemlərini bu gün aktivləşdirib. Mayın 13-də isə Polşada daha bir obyektin tikintisi başlanacaq. Burada işlərin 2018-ci ildə başa çatdırılması planlaşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm