Hizbullahın yüksək rütbəli komandiri öldürülüb
Bizi izləyin

Dünya

Hizbullahın yüksək rütbəli komandiri öldürülüb

Hizbullah təşkilatının yüksək rütbəli komandiri Mustafa Badreddin Suriyada öldürülüb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, 55 yaşlı Hizbullah lideri İsrail hava hücumu zamanı həlak olub.

Badreddin 2008-ci ildən bəri Hizbullahın hərbi komandiri qismində fəaliyyət göstərib. O, 2005-ci ildə Livan sabiq baş naziri Rafiq Həriri və digər 21 nəfərin qətliyamını planlaşdıran dörd nəfərdən biri olub. Hadisə ilə bağlı məhkəmə işi 2014-cü ildə Haaqa məhkəməsində başlayıb və indiyədək davam edir.

Hizbullah hücumun həyata keçirilməsində iştirakını təkzib edib.

Badreddin 1983-cü ildə bomba hücumunda iştirak etdiyinə görə Küveytdə ölümə məhkum edilmişdi. O, 1990-cı ildə Səddam Hüseynin Küveyti işğal etdiyi zaman həbsxanadan qaçmağa müvəffəq olmuşdu.

2015-ci ildə isə ABŞ Maliyyə Nazirliyinin bəyanatında Badreddinin 2011-ci ildən bəri Suriyada yaraqlı qrupun həyata keçirdiyi hərbi əməliyyatlara rəhbərlik etdiyi bildirilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm