Zooparkda 100-dən çox heyvan öldü
Bizi izləyin

Dünya

Zooparkda 100-dən çox heyvan öldü

İsrail mühasirəsi və hücumları Qəzzadakı zooparklarda 100-dən çox heyvanın ölümünə səbəb olub.

Publika.az xəbər verir ki, Fələstin Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamada hücumların insanlar qədər heyvanların da həyatına təhlükə yaratdığı bildirilib.

Qəzzadakı zooparkda olan aslan, pələng, maral kimi fərqli növlərdən olan 100-dən çox heyvan hücumlarda hədəf olaraq və ya mühasirənin yol açdığı imkansızlıqlar səbəbindən ölüb.

İsrail hücumları nəticəsində heyvanların ölməsi və onların saxlandığı yerlərin dağıdılması səbəbindən bir çox zoopark fəaliyyətini dayandırıb.

Zoopark işçilərinin sözlərinə görə, hücumlar heyvanların psixologiyasına da mənfi təsir göstərir. Hətta dişi aslanlar balalarını yedizdirməkdən imtina edir. Heyvanlar bir qəfəsdə saxlananda dava edirlər. Ona görə də, qəfəsləri ayırmaq məcburiyyətində qalıblar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm