Kadırov və xanımının gəlirləri açıqlandı
Bizi izləyin

Dünya

Kadırov və xanımının gəlirləri açıqlandı

Çeçenistan Respublikasının prezidenti vəzifələrini icra edən Ramzan Kadırov ötən il 5,01 milyon rubl (təxminən 76,2 min dollar) qazanıb.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda region hökumətinin saytında dərc edilmiş bəyannamədə deyilir.

Sənədə əsasən, Kadırovun mülkiyyətində 3,6 min kvadrat metr torpaq sahəsi var. Onun ailəsi 300 kvadrat metr sahəsi olan yaşayış evindən istifadə edir. Kadırov və onun ailəsinin mülkiyyətində avtomobil vasitələri yoxdur.

Onun xanmının gəliri isə 2,83 milyon rubl (43,1 min dollar) təşkil edib. Onun mülkiyyətində həmçinin 209,8 kvadrat metr sahəsi olan yaşayış evi var.

2014-cü ildə Çeçenistan Respublikasının başçısı 4,84 milyon rubl (73,4 min dollar) qazanıb. Onun xanımı isə müvafiq dövrdə 3,37 milyon rubl (51,3 min dollar) gəlir əldə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm