Donbasda döyüşlər gücləndi – 9 ölü, 7 yaralı
Bizi izləyin

Dünya

Donbasda döyüşlər gücləndi – 9 ölü, 7 yaralı

Ukraynanın şərqində son bir gün ərzində ordu qüvvələri ilə separatçılar arasında gərginlik artıb.

Publika.az “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın prezident administrasiyasının anti-terror məsələləri üzrə sözçüsü Andrey Lısenko deyib.

Onun sözlərinə görə, separatçılar Donetsk yaxınlığında hücumları gücləndiriblər, ərazidə ağır minaatanlar və snayperlər işləyir.

Ukrayna ordusunda həlak olan yoxdur, amma 7 hərbçi yaralanıb.

Daha əvvəl isə Ukrayna KİV-inin yazdığına görə, mayın 13-də Donetsk vilayətinin işğal edilmiş hissəsində olan meyitxanalara 9 separatçının cəsədi gətirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm