Dərbənddə gərginlik - Döyüş gedir
Bizi izləyin

Dünya

Dərbənddə gərginlik - Döyüş gedir

Dərbənd şəhərində Rusiyanın təhlükəsizlik qüvvələri ilə banda dəstəsi arasında qarşıdurma yaşanır.

Axar.az Lenta.ru-ya istinadən xəbər verir ki, Dərbənddə beşmərtəbəli binanın mənzilinə sığınan dəstələrə qarşı xüsusi əməliyyat aparılır.

"Hazırda döyüş gedir. İlkin məlumatlara görə, iki nəfər avtomat silahdan müqavimət göstərir və əl qumbaralarından istifadə edir", - Dərbəndin təhlükəsizlik mənbələrinin yaydığı məlumatda deyilir.

Qarşıdurmada ən azı 12 polis əməkdaşının yaralandığı, 2-sinin də öldüyü bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm