Daha bir erməni hərbçisi öldürüldü
Bizi izləyin

Dünya

Daha bir erməni hərbçisi öldürüldü

Mayın 14-də Ermənistanın Vayotsdzor rayonunun (Naxçıvanla sərhəddə - red.) ərazisində erməni əsgəri öldürülüb.

Oxu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan məlumat verib.

Ölən 25 yaşlı Aram Ohanyandır.

Xatırladaq ki, mayın 12-də Ermənistanın Silahlı Qüvvələri Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisindəki mövqelərini atəşə tutmuşdular.

Düşmən təxribatı nəticəsində əsgərimiz Yusif Quluzadə yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm