Roma Papasının bacısı oğlu qarət olundu
Bizi izləyin

Dünya

Roma Papasının bacısı oğlu qarət olundu

Roma Papası Fransiskin bacısı oğlu Xose İqnasio Berqolyo oğruların qurbanı olub.

Publika.az xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayres yaxınlığında yaşayan Berqolyonun avtomobilini iki şəxs saxlayıb və maşına minərək bir neçə küçə keçəndən sonra insanların olmadığı yerdə saxlamağa vadar ediblər. Daha sonra cinayətkarlar onu bıcaqla təhdid edərək maşınında olan pulu, üst geyimini və paltarla dolu kisəni götürüb hadisə yerindən uzaqlaşıblar.

Hazırda hadisəni törədənlərin axtarışı davam edir. San-Fernando şəhərinin baş prokuro Oskar Nunyes Harretonun sözlərinə görə, faktla bağlı artıq "qanunsuz azadlıqdan məhrum etmə və oğurluq maddəsi" ilə cinayət işi qaldırılıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm