Terror əməliyyatında 7 türk əsgəri şəhid oldu
Bizi izləyin

Dünya

Terror əməliyyatında 7 türk əsgəri şəhid oldu

Türkiyənin şərqində PKK terror təşkilatına qarşı gedən döyüşlərdə türk silahlı qüvvələrinin xüsusi təyinatlı yeddi əsgəri şəhid olub.

Publika.az xəbər verir ki, bu haqda "ANF" agentliyi xəbər yayıb.

Məlumata görə, əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin bir neçə hərbçisi yaralanıb. Terrorçularla türk xüsusi bölmə əsgərləri arasında ağır döyüşlər Türkiyənin şərqindəki Şirnak əyalətində baş verib.

Agentliyin xəbərinə görə, terrorçular eyni vaxtda polis departamentinə və kazarmasına, internat məktəbinə və hərbçi yataqxanasına hücum ediblər.

Döyüşlər zamanı bir neçə terrorçu öldürülüb.

Agentliyin daha bir məlumatına görə, döyüşlər hazırda davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm