Kanslerin ofisinə kəsilmiş donuz başı atdılar
Bizi izləyin

Dünya

Kanslerin ofisinə kəsilmiş donuz başı atdılar

Almaniya kansleri Angela Merkelin vətəndaşlarla görüş keçirdiyi büronun qarşısına donuz başı atılıb.

Publika.az xarici mətbuata istinadən verdiyi xəbər verir ki, polis əməkdaşları Merkelin seçkilərdə dəstəkləndiyi Ştralzunddakı bürosunun qarşısında səhər saatlarında donuz başı aşkar ediblər.

Neubrandenburq polisi, təxribatı törədənlərin Merkel üçün mesaj da qoyduqlarını bildiriblər. Ancaq mesajda nə yazıldığı haqda açıqlama verilməyib.

Kəsilmiş donuz başını əraziyə kimin qoyduğunu müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.

"Stern Online" portalı Angela Merkelə qarşı edilən bu hərəkətə görə, polis tərəfindən “təhqir” maddəsi ilə cinayət işi açıldığını yazıb.

Merkel 1990-cı ildən başlayaraq Ştralzund bölgəsindən namizədliyini irəli sürür və hər dəfə də elə ilk turda qalib gəlir.

Bənzər hadisə on gün əvvəl də Avstriyanın Steiermark əyalətinin paytaxtı Qratsda baş verib. Tikintisi davam edən minarəli məsciddə iki donuz başı tapılıb.

Qrats İslam Mədəniyyət Mərkəzinin sözçüsünün məlumatına görə, şəxsiyyəti naməlum 3 adam tikintisi davam edən minarəli məscidə kəsilmiş iki dənə donuz başı qoyub aradan çıxıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm