Almaniya “erməni soyqırımı”nı tanımağa hazırlaşır
Bizi izləyin

Dünya

Almaniya “erməni soyqırımı”nı tanımağa hazırlaşır

Almaniya Bundestaqı qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti yazıb.

Parlamentdəki fraksiyalar intensiv müzakirələrdən sonra bu qərara gəliblər. Qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımı haqqında yaddaş” adlanır. Bundestaqda qanun layihəsinin iyunun 2-də müzakirəyə çıxarılması planlaşdırılır.

Layihənin müəllifi, Yaşıllar Partiyasının türk əsilli həmsədri Cem Özdəmir qəzetə müsahibəsində deyib ki, bu qətnamə Ankaranı qıcıqlandıracaq, ancaq Bundestaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən şantaj olunmasına imkan verməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm