
Ermənistan baş naziri Tiqran Sarkisyan istefa verib. Bu barədə parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib.
"Sarkisyanın istefası Respublika Partiyası tərəfindən qərara
alınıb", - deyə Şarmazanov Ermənistanın hakim partiyası olan
Respublika Partiyasının rəhbər orqanının bu gün keçirilmiş iclası
barədə danışarkən bildirib.
"Hələ bir ay qabaq o (Sarkisyan) belə bir xahişlə prezidentə
müraciət etmişdi. Amma Konstitusiya Məhkəməsində icbari pensiya
sistemi ilə bağlı dinləmələr nəzərdə tutulduğundan prezident
gözləməyi xahiş edib, amma bu gün baş nazirin xahişi yerinə
yetirilib", - deyə o vurğulayıb.
Hakimiyyətdən olan “Qarabağ” klanından fərqli olaraq yerli
ermənilərin nümayəndəsi olan Tiqrán Surenoviç Sarkisyan 29 yanvar
1960-ci ildə Kirovakan şəhərində anadan olub. O, 9 aprel 2008-ci il
tarixdən 3 aprel 2014-ci il tarixə kimi Ermənistanın baş naziri
işləyib. Onun hakimiyyətdən getməsi yerli ermənilərin mövqelərinin
zəifləməsi kimi dəyərləndirilə bilər. /anspress/