İŞİD Atatürk mavzoleyini partladacaq – ŞOK PLAN – VİDEO
Bizi izləyin

Dünya

İŞİD Atatürk mavzoleyini partladacaq – ŞOK PLAN – VİDEO

İŞİD terror təşkilatı mayın 19-da Atatürk mavzoleyində (Anıtkabir) terror hücumu həyata keçirmək istəyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror təşkilatının planını Milli İstihbarat Təşkilatı (MİT) ortaya çıxarıb.

İŞİD-in internet saytlarını və “Konstantiniye” adlı jurnalını izləyən kəşfiyyat qurumları təşkilatın polis və əsgərləri “kafir” adlandırdığı, öldürülməsinin caiz olduğunu elan etdiyini müəyyənləşdirib.

MİT-in məlumatına görə, İŞİD mayın 19-da keçiriləcək Atatürkü anma, gənclik və idman bayramı münasibətilə təntənəli mərasimdə terror aktı həyata keçirməyi planlaşdırıb. Terror təşkilatının daha bir hədəfi Ankara Cebeci rayonundakı hərbi şöbə olub. Məlumatda deyilir ki, sözügedən terror hücumlarının həyata keçirilməsi üçün 10 terrorçu Qaziantep üzərindən Suriyadan Türkiyəyə daxil olub.

MİT bildirir ki, Türkiyəyə keçən terrorçular Ankara başda olmaqla ölkənin böyük şəhərlərində 10-a qədər terror aktı həyata keçirməyi planlaşdırıb.

Türkiyə kəşfiyyat qurumları ölkənin 81 vilayətinin təhlükəsizlik qurumlarını terror hücumları barədə xəbərdarlıq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm