Rusiya NATO-dakı nümayəndəsini geri çağırdı -Yeniləndi
Bizi izləyin

Dünya

Rusiya NATO-dakı nümayəndəsini geri çağırdı -Yeniləndi

Rusiya Müdafiə Nazirliyi NATO-dakı hərbi nümayəndəsi general-polkovnik V.Q.Evneviçi məsləhətləşmələr üçün geri çağırıb.

Rusiya XİN rəhbəri Lavrov Moskvanın NATO-dan Şərqi Avropada qüvvələrini gücləndirmək planları ilə bağlı izahat gözlədiyini bildirib.Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, rəsmi Moskva NATO-nun Şərqi Avropada qüvvələrini gücləndirmək planını elan etməsilə bağlı alyansdan əlavə izahat gözlədiyini bildirib.

"Bizi quru cavab qane etmir...Biz aramızda mövcud olan qaydalara uyğun izahat gözləyirik", - Rusiya XİN rəhbəri deyib.

Publika.Az BBC-yə istinadən xəbər verir ki, bundan əvvəl Krımn Rusiya tərəfindən ilhaqı ilə bağlı NATO Şərqi Avropada qüvvələrini gücləndiriləcəyini bəyan etmişdi.

NATO eləcə də, Rusiya ilə mülki və hərbi sahələrdə əməkdaşlığı dayandırıb.Baş katib Anders Foq Rasmussen-in sözlərinə görə, Krımın Rusiya tərəfindən ilhaqı Avropa üçün son onilliklərin ən ciddi təhlükəsinə çevrilib.NATO-nun Brüssel sammitində Rusiya qoşunlarının Ukraynanın şərq sərhədində cəmləşməsilə bağlı narahatlıq bildirilib.

Ukraynaya qarşı Rusiyanın hərəkətləri Estoniya, Latviya and Litvada narahtlıq doğurduğundan Baltik dövlətlər ərazisində NATO hərbi bazalarının yaradılması məsələsi də Brüssel samitində NATO tərəfindən nəzərdən keçirilib.Lakin Rusiya Xarici İşlər naziri Sergey Lavrov alyansı vəziyyəti sünü şəkildə gərginləşdirməkdə və Rusiya qoşunlarının Ukraynın şərq sərhədi yaxınlığında hərəkət etməsinin əhəmiyyətini şişirməkdə ittiham edib.

Lavrovun sözlərinə görə, qoşunların hərəkət etməsi Rusiyanın haqqına aid olan bir məsələdir, hərbi təlimlər başa çatandan sonra isə qoşunlar daimi yerlərinə qayıdacaq.

00:37:01

Rusiya Müdafiə Nazirliyi NATO-dakı hərbi nümayəndəsi general-polkovnik V.Q.Evneviçi məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə Nazirlikdən verilən məlumatda bildirilib.

“Hadisənin süni gərginləşdirilməsi siyasəti bizim seçimimiz deyil. Onsuz da biz NATO ilə hərbi əməkdaşlığın əvvəlki kimi davam etdirilməsi imkanlarını görmürük. Alyansla hərbi məsələlərdəki gələcək əməkdaşlığımızı ortaqlarımızın Rusiyaya münasibəti üzərində davam etdirəcəyik” deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, aprelin 1-də NATO Ukraynadakı böhrana görə, Rusiya ilə hərbi və mülki əməkdaşlığını dayandırdığını elan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm