Türkiyə Rusiyanın hədəsinə sərt cavab verdi
Bizi izləyin

Dünya

Türkiyə Rusiyanın hədəsinə sərt cavab verdi

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəni hədələyərək Qara dənizə keçən ABŞ hərbi gəmiləri ilə bağlı Ankaranı tənqid edib. Onun sözlərinə görə, Montrö müqaviləsinə zidd olaraq həmin gəmilərə müqavilədə müəyyənləşdirilmiş müddətdən daha çox qalma

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəni hədələyərək Qara dənizə keçən ABŞ hərbi gəmiləri ilə bağlı Ankaranı tənqid edib. Onun sözlərinə görə, Montrö müqaviləsinə zidd olaraq həmin gəmilərə müqavilədə müəyyənləşdirilmiş müddətdən daha çox qalma haqqı tanınıb.

Sergey Lavrovun bu iddialarını Ankara cavabsız qoymayıb və sərt reaksiya göstərib. Türkiyə rəsmiləri Rusiyanın iddiasının heç bir şəkildə doğru olmadığını, gəmilərin keçidinin və Qara dənizdə qalma müddətinin tamamilə Montrö müqaviləsinə uyğun olaraq gerçəkləşdirildiyini vurğulayıblar.

Mövzuyla əlaqədar Türkiyə bir yazılı açıqlama verib:

"Türkiyə Montrö Boğazlar Konvensiyasını 78 ildir ki, ciddi şəkildə tətbiq edir. Montrö Konvensiyasının tətbiq olunması məzmununda RF xarici işlər nazirinə istinadən mətbuatda yayılan iddialar heç bir şəkildə gerçəyi əks etdirmir.

Ankaradakı Rusiya Federasiyası səfirliyi tərəfindən nazirliyimizə də çatdırılmış olan bu iddialara lazımlı cavab əsasən verilib". /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm