Bu ölkə Rusiyadan divarla qorunacaq
Bizi izləyin

Dünya

Bu ölkə Rusiyadan divarla qorunacaq

Latviyanın baş naziri Marisa Kuçinskis ölkənin şərq sərhədində, Rusiya ilə sərhəddə divarın tikilməsi təklifi ilə çıxış edib.

Publika.az xəbər verir ki, baş nazir bu haqda “Focus” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, qaçqınların Rusiyadan Avropa Birliyinə basqın təhlükəsinə görə divar tikilməlidir.

“Avropa hazırda iqtisadi miqrasiyaya görə güclü təzyiqi açıq-aydın hiss edir. Latviya ölkənin təhlükəsizliyinin təmin olunması üçün lazımı addımları atmalıdır. Bura Rusiya ilə sərhəddə divarın tikintisi də daxildir. Baltikyanı üçün bu əsas prioritet olmalıdır”, - baş nazir deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm