PKK Türkiyə sərhədinə atəş sistemləri yerləşdirdi
Bizi izləyin

Dünya

PKK Türkiyə sərhədinə atəş sistemləri yerləşdirdi

PYD (PKK terror təşkilatının Suriya qolu) Türkiyə sərhədində Suriya müxalifətinin xarici dünya ilə yeganə əlaqə kanalı olan Bab əl-Hava sərhəd-keçid məntəqəsini ələ keçirmək üçün hərəkətə keçib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə-Suriya sərhədinin sıfır nöqtəsində onlarla tunel qazan və böyük müşahidə qüllələri tikən təşkilat bölgədə 6 aydır davam etdiyi hücum hazırlıqlarını yekunlaşdırır.

Suriyada Afrin bölgəsində təktərəfli kanton elan edən PYD Türkiyə sərhədində təxminən 60 kilometrlik əraziyə nəzarət edir. Bab əl-Hava sərhəd-keçid məntəqəsini ələ keçirməyə çalışan təşkilat Türkiyənin mümkün müdaxiləsinin qarşısını almaq üçün yaylım atəş sistemləri yerləşdirib.

Türkiyəyə tərəf tuşlanan sistemlərin atdığı mərmilərin 25 kilometrdən 40 kilometrə qədər uçuş məsafəsi var. Məlumata görə, sərhəd boyunca 8 yaylım atəş sistemi aktiv vəziyyətdə saxlanılır

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm