Keçmiş MİT-çi: “Yeni xəritə çəkilir və kürdlər…”
Bizi izləyin

Dünya

Keçmiş MİT-çi: “Yeni xəritə çəkilir və kürdlər…”

“Kürdüstanın regional rəhbərliyi bu mövzuda çox diqqətli olmalıdır”.

Publika.az xəbər verir ki, bunu “Rudaw” saytına danışan Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) keçmiş əməkdaşı Cevat Öneş kürdlərin müstəqil dövlət qurmaq barədə planlarını şərh edərkən deyib.

“Kürdüstan bölgəsində müstəqillik qarşıdurmalardan kənarda müzakirə olunmalı və diqqətlə qiymətləndirilməlidir. Əksinə, kürd xalqı müstəqillik üçün yeni itkilər verə bilər. Tarix də bunu bizə göstərir”, - o, bildirib.

“Türkiyə Kürdüstan bölgəsinin müstəqilliyinə qarşı çıxarmı?” sualına isə Öneş bu şəkildə cavab verib: “Bu barədə danışmaq hələ tezdir. Türkiyə əvvəlcə özünün kürd problemini həll etməlidir. Bu olmadan Türkiyənin necə siyasət yürüdəcəyini demək mümkün deyil. Ancaq Yaxın Şərqdə baş verənlər, qlobal güclərin siyasəti və reallıq nəzərə alınaraq addımlar atılmalıdır”.

Keçmiş MİT-çi qeyd edib ki, qlobal güclər Yaxın Şərqdə yeni bir xəritəni çəkmək istəyirlər: “Xüsusilə “Ərəb Baharı” ilə başlayan hadisələr, demokratik hərəkatların yatırılması, İraq və Suriyadakı qeyri-sabit vəziyyətin ortaya çıxması bunu daha da sürətləndirdi. Kürdlərin bölgədəki vəziyyəti də yeni axtarışların olduğunu göstərir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm