Alman yapışqanı Lenini qorudu
Bizi izləyin

Dünya

Alman yapışqanı Lenini qorudu

Ukraynanın Odessa şəhərinin kommunal xidmətlərinin əməkdaşları Leninin şəhərdə qalmış son abidəsini dağıda bilməyiblər.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, versiyalardan birinə görə, alman yapışqanı uğursuzluğun səbəbi olub.

Digər bir versiyaya görə, söküntü işi yerli sakinlərin etirazlarına görə dayandırılıb. Mütəxəssislər səhər saatlarında heykəli sökməyə başlayıblar. Amma onlar işi günorta saatlarında dayandırmağa məcbur olublar.

Abidənin yeddi hissəyə bölünməsi planlaşdırılırdı.

Qeyd edək ki, Ukraynada 2015-ci ilin mayından kommunist və nasist rejimlərinə qarşı qanun qüvvədədir. Qanun sözügedən rejimlərə aid simvolların, o cümlədən sovet bayraqları və gerblərin istehsalı və istifadəsini, SSRİ, Ukrayna SSR və digər sovet respublikalarının himnlərinin ifasını qadağan edir. Qanun həmçinin bütün ölkədə Leninin abidələrinin dağıdılmasını nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm