SSRİ-ni dağıdan polyak Rusiyadan danışdı
Bizi izləyin

Dünya

SSRİ-ni dağıdan polyak Rusiyadan danışdı

SSRİ-ni dağıdan polyak Rusiyadan danışdı

"Qərb böyük basqı altında olacaq və ondan tələb edəcəklər ki, o, Rusiya və ukraynlılarla bağlı daha ciddi mövqe ortaya qoysun. Putin Rusiyanı iqtisadi böhran zamannda daha çox izolyasiya etsə, onu kasıb ölkəyə çevirəcək."Publika.Az BBC-yə istinadən xəbər verir ki, bu sözləri SSRİ-nin dağıdılmasını planlaşdıran, ABŞ-ın soyuq müharibə siyasətini müəyyən edən Zbiqnev Bjezinski deyib.

Onun BBC-yə müsahibəsini təqdim edirik.

- Siz necə düşünürsünüz, Rusiya-Ukraynaya hərbi müdaxilə etsə Qərb hər hansı bir addım atmalıdır?
- Mən fikirləşirəm ki, bu ukraynalıların dirənişindən aslıdır. Dirəniş olsa onda Qərb tam olaraq onların tərəfində olacaq. İkincisi, onda Qərb böyük basqı altında olacaq və ondan tələb edəcəklər ki, o, Rusiya və ukraynlılarla bağlı daha ciddi mövqe ortaya qoysun.

- "Ciddi mövqe" deyəndə nəyi nəzərdə tutursunuz? Niyə biz bu mövqeni Rusiya Krımı işğal edəndə göstərmədik?
- Krım problemi tipik problem deyil. Krım heç bir dirəniş olmadan təslim oldu. Dediyim kimi, hər şey ukraynalıların dirənişindən aslıdı. Mən fikirləşirəm ki, dirənəcəklər. Bu situasiya Qərbin sadəcə kənarda bir izləyici kimi olmasını çətinləşdirəcək.

- Rusiyanın öz arqumentləri var: Rusiyanın öz maraq zonasının olmağını anlamaqdan ötrü, soyuq müharibəyə ehtiyac yoxdur. Rusiya gözləyir ki, Qərb bunu anlayacaq və öz hərbi güclərini onun sərhədinə yaxınlaşdırıb, maraq zonalarını öz birliyinə dartmayacaq. Sizcə Rusiyanın bu arqumentlərə əsası var?

- Bu, sizin maraq zonası deyəndə nəyi nəzrdə tutduğunuzdan aslıdır. Əlbəttə ki, reallığı inkar etmək olmaz, ələxsusda işlər sivil qaydada aparılanda. Amma maraq zonasının dairəsində, bu zonanın subyektinin istəyi olmadan güc tətbiq olunursa, mənim fikrimcə onda belə mövqeyə bəraət qazandırmaq olmaz. Siz bilirsiniz Hitler Avstriyaya girəndə, ona elə gəlirdi ki, avstriyalılar onu analyışlı, passiv qəbul etdilər və hətta dəstəklədilər. Hitler qeyd edirdi ki, onların hamısı alman dilində danışır ona görə, onlar almandılar. Düşünürəm ki, bu hekayə ilə Krım işğalı arasında çox böyük əlaqə var.

- Putin haqqında nə düşünürsünüz?
- Mənim şəxsi görüşüm ondan ibarətdir ki, Rusiyanın gələcəyi onun Avropa ilə yaxın olmasına bağlıdır. O, Rusiyanı iqtisadi böhran zamanında daha çox təcrid etsə, onu kasıb ölkəyə çevirəcək.

- Siz soyuq müharibənin qızğın vaxtlarında prezident Karterin müşaviri idiniz. O zamankı situasiya ilə bugünkü situasiyanı eyniləşdirmə düşüncəsinə haqq qazandırmaq olar?

- Mən düşünmürəm ki, indiki böhran bu səviyyəyə çatıb. Axı o zamanlar ABŞ və Rusiya bir-birini nişan altında tuturdular və nüvə raketləri vasitəsi ilə bir-birini bir neçə saat ərzində məhv edə bilərdilər. Amma indiki situasiya narahatçılıq verir və daha da kəskinləşə bilər. Ona görə bizim zamanımızda gücdən öz məqsədləri üçün hüdudsuz istifadə imkanları olmamalıdır. Bu bir-biri ilə əlaqəli olan dünyanın yaşaması üçün ən əsas prinsipdir.

- Sizin atanız polşalı diplomat idi və uşaqlığınız çox çətin vaxtlara düşüb. Bu, sizin indiki baxışlarınıza necə təsir edir?

- Əlbəttə ki, bu, məni orda baş verən hadisələrlə daha çox maraqlanmağa vadar edir. Mən başqa amerikalılardan daha çox düşünürəm ki, dünyada olan problemlər bir-birinə bağlıdır. Bir çox amerikalılar basketbol yarışlarına üstünlük verirlər.

- Barak Obama haqqında nə düşünürsünüz? İndiki situasiyada onun aydın mövqeyi, qətiyyəti var mı?

- Bilirsiniz, Putindən fərqli olaraq Obamanın mövqeyi daha çox xoşuma gəlir. Bizim zamanımızda dünya çox qeyri-stabildir və bir problemin həlli üçün dərhal güc tətbiqinə keçmək olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm