Britaniya nüvə arsenalını artıracaq
Bizi izləyin

Dünya

Britaniya nüvə arsenalını artıracaq

Britaniya NATO çərçivəsində öz öhdəliyinə uyğun olaraq ümumi daxili məhsulun 2 faizini müdafiəyə ayırmaq, həmçinin nüvə proqramını inkişaf etdirmək niyyətindədir.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniya kraliçası II Elizabet hökumətin əsas prioritetləri ilə bağlı nitqində deyib.

“Mənim hökumətim milli təhlükəsizliyin təminatı üzərində işləməyə davam edəcək. Mənim nazirlərim silahlı qüvvələrə sərmayə qoyacaq, NATO tələbləri çərçivəsində hərbi razılaşmalara və öhdəliyə uyğun olaraq müdafiə sahəsinə ümumi daxili məhsulun 2 faizini ayıracaq”, - kraliça bildirib.

O, vurğulayıb ki, hökumət Britaniyanın nüvə silahlandırılması üzrə uzunmüddətli proqram üzərində işləyəcək.

Məlumata görə, Böyük Britaniyanın 225 ədəd atom döyüş başlığı var. Britaniya bu göstəriciyə görə, Rusiya, ABŞ, Fransa və Çindən sonra dünyada 5-ci yerdədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm