Rusiyanın yeni strategiyası: bu silah NATO-nu iflic edəcək
Bizi izləyin

Dünya

Rusiyanın yeni strategiyası: bu silah NATO-nu iflic edəcək

“Rusiyanın yeni strategiyası Qərbi nüvə silahını tətbiq etməyə hazır olduğuna inandırmaqdır”.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Apostrof” nəşri yazıb.

Nəşr qeyd edir ki, NATO Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq Şərqi Avropada öz kontingentini gücləndirir, həmçinin regionda raket hücumundan müdafiə sistemlərini qurur.

“Moskva bu addımları Rusiyanın təhlükəsizliyinə təhdid kimi qəbul edir. Ölkənin bir sıra ekspertləri ölkə hakimiyyətini çox güclü nüvə döyüş sursatlarının yeni nəslini hazırlamağa çağırıb. İndi qismən görünür ki, biz yeni “soyuq müharibə” vəziyyətinə hərəkət edirik. Həm Rusiya, həm də NATO tərəfindən verilən bəyanatlar kifayət qədər sərt səslənir”, - “Apostrof” yazıb.

Qeyd olunur ki, qızğın silahlanma bu “soyuq müharibə”nin əhəmiyyətli və qaçılmaz elementidir: “Qarşıdakı illər dünya üçün kifayət qədər təhlükəli olacaq. Çünki Rusiyada əvvəlki “soyuq müharibə”də olduğu qədər resurs yoxdur. Müttəfiqlər yoxdur, maliyyə vəziyyəti yaxşı deyil, əhali qocalıb və 5 milyonluq ordunu formalaşdırmaq mümkün deyil. Amma nüvə silahı var. Ona görə də Rusiyanın strategiyası ondan ibarət olacaq ki, Qərbi nüvə silahını tətbiq etməyə hazır olduğuna inandırsın və çatdırsın ki, bu silahdan istifadə etməyə siyasi iradəmiz olacaq. Bu baxımdan, Rusiyanın nüvə siyasəti daha təhlükəli olacaq”.

Nəşr bildirir ki, artıq yeni çoxməqsədli nüvə sistemi – “Status-6”nüvə torpedası haqqında məlumatlar mətbuata sızıb. Bu silah ətraf ərazini radiaktiv zəhərləyə, iqtisadi ərazilərə, o cümlədən, balıq sənayesi ərazilərinə xətər toxundura bilər. Bu silah barəsində informasiya 2015-ci ilin noyabr ayında məlum olub. “Status 6” torpedası geniş radiaktiv zəhərlənmə zonası yaratmaq üçün nəzərdə tutulub. Sualtı qayıqdan buraxılan bu torpeda düşmənin sahilyanı bölgələrdə yerləşən vacib iqtisadi obyektlərini iflic etmək və geniş radioaktiv zəhərlənmə zonası yaratmaq üçün nəzərdə tutulub. Bu isə müharibədə uzunmüddətli effekti özündə ehtiva edir. Bu hələ hamısı deyil. Qeyd edilir ki, torpeda 10 min kilometr uzaqlıq və min metr dərinlikdə buraxılmağa yararlıdır. Onu ən yeni rus atom sualtı raketdaşıyıcıları olan “Belqorod” və “Xabarovsk”dan atmaq nəzərdə tutulub.

“Rusiya möhkəm səslə bildirir ki, öz ərazisinin istənilən yerində, həmçinin işğal edilmiş Krımda nüvə silahını yerləşdirmək hüququna malikdir. Krım və Donbasdakı hadisələrdən sonra Qərb Baltikyanı ölkələrdə və Polşada dörd batalyonu yerləşdirməyə qərar verib. Qərb ölkələrinin hərbi bürokratiyası yavaş-yavaş işləyir. Qərar qəbul edilib, prosesi əks tərəfə çevirmək çox çətindir. Praktik olaraq mümkün deyil. Rusiya isə özünün nüvə siyasətini davam etdirəcək. İşlər olduqca pis gedir, bu faktdır”, - “Apostrof” yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm