Dünya
Kreml separatçılara verdiyi qazın pulunu Kiyevdən tələb etdi
Ukraynanın “Naftoqaz” şirkəti “LXR” və “DXR” separatçı rejimlərin nəzarətində olan əraziyə çatdırılan təbii qazın pulunu “Qazprom” şirkətinə ödəməkdən imtina edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Naftoqaz” şirkətinin mətbuat xidmətindən bildirilib.
“Qazprom”un “Naftoqaz”dan tələb etdiyi məbləğ isə 670 milyon dollar təşkil edir. Kiyev bildirir ki, Ukrayna separatçıların nəzarətində olan ərazilərə verilən qaza görə vəsait ödəmək niyyətində deyil.
“Qazprom” 2015-ci ilin fevralından Ukraynanın cənubi-şərqinə birbaşa təbii qaz nəqlinə başlayıb. “Naftoqaz” Kiyevin nəzarətində olmayan əraziləri qazla təchiz etməkdən imtina edib. Ukrayna şirkəti bu qərarı döyüş əməliyyatlarına görə qaz kəmərlərinin dağıdılması ilə əlaqələndirib.
“Qazprom” hesab edir ki, Donbasa verilən təbii qazın pulunu “Naftoqaz” ödəməlidir. Rusiya tərəfi hesab edir ki, Ukraynanın cənubi-şərqinə Rusiya qazının birbaşa çatdırılması Ukraynanın dövlət şirkəti ilə imzalanan müqaviləyə uyğundur. “Naftoqaz” isə əksinə, sözügedən əraziyə qazın nəqlini tanımır.
Daha əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, “Naftoqaz” pulu ödəməyəcəyi halda, məsələ məhkəmədə həll ediləcək.
Ömər Dağlı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."