ABŞ-da quru qoşunlarına gey rəhbərlik edəcək
Bizi izləyin

Dünya

ABŞ-da quru qoşunlarına gey rəhbərlik edəcək

ABŞ senatı quru qoşunların fəaliyyətinin əlaqələndirilməsilə məşğul olan ordu naziri vəzifəsinə 47 yaşlı Erik Faninqi təyin edib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Fanninq ABŞ qoşun növlərindən birinə mülki rəhbər kimi başçılıq edəcək ilk gey olub. ABŞ prezidenti Barak Obama Erik Fanninqin bu vəzifəyə namizədliyini 2015-ci ilin sentyabr ayında irəli sürmüşdü. Son 25 il ərzində o, Konqresdə və Pentaqonda müxtəlif vəzifələrdə çalışıb.

Bununla yanaşı Fanninq Gay & Lesbian Victory Fund təşkilatının idarə heyətinə daxil olub.

Bu təşkilat qarşısına hakimiyyət orqanlarında açıq geylərin sayının artmasına nail olmaq məqsədi qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm