PKK-nın yeni hədəfi – 50-dən çox terrorçu sərhəddə
Bizi izləyin

Dünya

PKK-nın yeni hədəfi – 50-dən çox terrorçu sərhəddə

Türkiyə mediası PKK terror təşkilatının yeni hədəfindən yazıb.

Publika.az xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, Türkiyə və Suriya arasındakı əlaqə xəttindən böyük ölçüdə məhrum olan PKK Amanos dağları ilə Afrin arasında yeni bir terror xətti yaratmağa çalışır.

Məlumata görə, təşkilat Qaziantep vilayətinin İslahiye bölgəsindən Amanos dağlarına, oradan isə Suriyanın Afrin bölgəsində yeni bir dəhliz yaratmaq istəyir. Bu məqsədlə Afrinin Meydanke düşərgəsində son iki ayda 50-dən çox təşkilat üzvü təlim keçib. Cənubi-şərqi Qara dəniz və Türkiyənin daxili bölgələrindən gələn çoxlu sayda terrorçu Suriyaya keçirilməsi üçün PKK tərəfindən sərhədin Türkiyə tərəfində yerləşdirilir.

Amanos dağlarından Afrinə qaçaqmalçıların köməyi ilə gecələr keçən PKK-çılar ilk olaraq Afrin bölgəsinin Haftar sərhəd kəndinə keçir. Haftardakı mağaralarda yerləşdirilən PKK-çılar daha sonra Meydanke düşərgəsinə aparılır. Terrorçular bəzən qadın paltarlarından da istifadə edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm