Əsəd türkman kəndlərinə hücuma başladı
Bizi izləyin

Dünya

Əsəd türkman kəndlərinə hücuma başladı

Suriyada hökumət gücləri Lazikiye çölündəki Türkman dağında quru əməliyyatına başlayıb.

Publika.az xəbər verir ki, bu haqda yerli mənbələrə istinadən “Anadolu” agentliyi bildirib.

Məlumata görə, rejim qüvvələri quru əməliyyatından əvvəl, dünən gecə müxalifətin nəzarətindəki türkman kəndlərinə artilleriya zərbələri endirib. Səhər erkən saatlarında isə bölgənin şimalında yerləşən Kelez və Karaman kəndlərinə hücum başlanıb.

Partlayış səsləri Suriya sərhədində yerləşən Türkiyənin Yayladağı mahalında da eşidilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm