Misir layneri belə qəzaya uğradı - ŞOK VİDEO
Bizi izləyin

Dünya

Misir layneri belə qəzaya uğradı - ŞOK VİDEO

Misirin “Egypt Air” şirkətinə məxsus A320 sərnişin avialaynerinin qəzaya uğradığı anın görüntüləri yayılıb.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, videoda laynerin havada alovlandığı görünür.

Misir aviaşirkətinə məxsus təyyarə ötən gecə Parisdən Qahirəyə uçarkən radarlardan itib. İçində 56 sərnişin və 10 ekipaj üzvünün olduğu təyyarənin Aralıq dənizinə düşdüyü ehtimal edilir.

KİV-in məlumatına görə, təyyarə Karpatos yunan adasının yaxınlığında düşüb.

Misirin baş naziri Şərif İsmayıl Qahirədə keçirdiyi mətbuat konfransında terror versiyasını istisna etməyib. Baş nazir qeyd etdi ki, bütün versiyalar axtarış əməliyyatının tamamlanmasından sonra səsləndiriləcək. Yunan adalarının sakinlərinin iddiası da təyyarənin düşməsində terror versiyasını gücləndirir. “Haaretz” portalı bildirir ki, yunan adalarının sakinləri səmada partlayışı görüblər.

Hazırda laynerin axtarışlarında ən azı səkkiz gəmi iştirak edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm